Yavər Camalov İsrail səfirini qəbul edib

Yavər Camalov İsrail səfirini qəbul edib
# 02 sentyabr 2016 09:46 (UTC +04:00)

Bakı - APA. Müdafiə sənayesi naziri Yavər Camalov sentyabrın 2-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanla İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y. Camalov MSN-in fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR