Ukrayna hava məkanını Rusiya aviaşirkətləri üçün bağlayır

Ukrayna hava məkanını Rusiya aviaşirkətləri üçün bağlayır
# 25 noyabr 2015 14:34 (UTC +04:00)


Bakı - APA. Ukrayna noyabrın 26-dan etibarən Rusiya aviaşirkətlərinin ölkə ərazisindən tranzit uçuşlarına qadağa qoyacaq.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, bu qərarın qəbul edilməsinə səbəb Rusiya aviadaşıyıcıları tərəfindən uçuş qaydalarının və Ukrayna hava məkanından istifadə qaydalarının sistematik pozulması halları ilə əlaqədardır.

Xatırladaq ki, bu gün Ukraynanın baş naziri Arseniy Yatsenyuk Ukraynanın Rusiya aviaşirkətlərinə tranzit uçuşlar həyata keçirməsinə qadağa qoyduğunu açıqlayıb. “Rosaviasiya” isə bu qadağanın əhəmiyyətli olmadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR