Ovik Abramyan: “Rusiyanın Azərbaycana silah satması məsələsində mövqeyimiz dəyişməyib”

Ovik Abramyan: “Rusiyanın Azərbaycana silah satması məsələsində mövqeyimiz dəyişməyib”
# 11 may 2016 12:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Ermənistanın Rusiyanın Azərbaycana silah satması ilə bağlı mövqeyi dəyişməyib".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib. O bildirib ki, strateji müttəfiq olan Rusiyaya bu məsələ barədə Ermənistanın mövqeyi müxtəlif səviyyələrdə çatdırılıb: “Mövqeyimiz dəyişməyib. Sadəcə, biz indi iki çox vacib məsələ ilə məşğuluq. Birincisi, gələcək uğurlarımızın asılı olduğu iqtisadiyyatın inkişafıdır. Bununla yanaşı, müəyyən addımlar atılır və bu barədə sabah hökumətin iclasından bəyanatla çıxış edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR