Dələduzluqda təqsirləndirilən sabiq hakimin işi üzrə məhkəmə istintaqı başlayıb

Dələduzluqda təqsirləndirilən sabiq hakimin işi üzrə məhkəmə istintaqı başlayıb
# 06 oktyabr 2016 14:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi üzrə məhkəmə prosesi davam etdirilib.



APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.F. Rzayev özünü qismən təqsirli bildiyini deyib. Zərərçəkmiş Eyvaz Abbasov isə F. Rzayevin ondan işə düzəltmək üçün pul alıb qaytarmadığını bildirib.

Proses oktyabrın 13-də davam edəcək.

Qeyd edək ki, Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F. Rzayev eləcə də bir müddət Bakı Hərbi Məhkəməsində icra şöbəsinə də rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR