Əli Həsənov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Koreyanın Azərbaycandakı səfirini qəbul edib -  FOTO

Əli Həsənov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Koreyanın Azərbaycandakı səfirini qəbul edib -  FOTO
# 06 oktyabr 2015 16:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Ə. Həsənov münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı istər Koreyanın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Koreyanın Azərbaycandakı səfirliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib. Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu söyləyən baş nazirin müavini münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu vurğulayıb. Ə. Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Çoi Suk İn Azərbaycan dövləti tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə, gələcəkdə daha çox Koreya şirkətinin ölkəmizdə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. Çoi Suk İn Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR