Ailə üzvlərini öldürən rusiyalı ömürlük həbs cəzasına məhkum edilib

Ailə üzvlərini öldürən rusiyalı ömürlük həbs cəzasına məhkum edilib
# 29 iyun 2016 15:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın Nijeqorod əyalət məhkəməsi anası, həyat yoldaşı və 6 uşağını qətlə yetirən Oleq Belovu ömürlük həbs cəzasına məhkum edib.

APA-nın xəbərinə görə, bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.

Dövlət ittihamçısı məhkəmədən O. Belovun qaynanasının mənəvi zərər müqabilində 5 milyon rubl dəyərində kompensasiya ödənməsi ilə bağlı tələbini təmin etməyi xahiş edib. Vəkillər məhkumun günahsız olmasında israr ediblər. Məhkum özü də bəraət istəyib.

Xatırladaq ki, O. Belov 2015-ci ilin iyulun 26-da Nijni Novqoroddda olan mənzilində həyat yoldaşı və 6 uşağını bıçaqlayıb. Cinayətin izini itirmək məqsədilə o, cəsədləri hissələrə ayırıb və paketlərə qoyaraq basdırıb. Bir neçə gün sonra isə O. Belov Qoroxoveç şəhərində gedərək onu ifşa edəcəyindən qorxuduğu anasını öldürüb.

Növbəti gün polis tərəfindən tutulan O. Belov polisə müqavimət göstərdiyi üçün yaralanıb.

Ekspertiza nəticəsində, O. Belov psixoloji pozuntudan əziyyət məkdiyi müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR