Samir Əsədli: “VHP sədrliyinə namizəd olmaq fikrim var”

 Samir Əsədli: “VHP sədrliyinə namizəd olmaq fikrim var”
# 14 aprel 2016 10:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “VHP-nin qurultayının sentyabrın 26-da keçirilməsi barədə təkliflər var”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

S. Əsədli partiyanın növbəti qurultayının payız aylarında keçiriləcəyini bildirib. O, qurultayın günü ilə bağlı bir neçə təklif olduğunu və hazırda bu istiqamətdə müzakirələr aparıldığını qeyd edib. S. Əsədli əlavə edib ki, qurultayda partiyanın bütün seçkili orqanlarına seçkilər keçirilib, yeni rəhbərlik seçiləcək.

O, gələcəkdə VHP sədrliyinə namizəd olacağını da istisna etməyib: “VHP-də partiya sədri ola biləcək xeyli sayda insan var. Hər bir üzv Nizamnaməyə uyğun olaraq partiya sədrliyinə namizədliyini irəli sürə bilər. Hələ ki, partiyanın hazırkı sədri Sabir Rüstəmxanlı namizədliyini elan edib. Ondan başqa belə bir istəklə çıxış edən yoxdur. Digər namizədlər qurultay zamanı məlum olcaq. Mənim də təbii ki, nə vaxtsa partiya sədrliyinə namizəd olmaq fikrim var. Hər şey qurultayın gedişatından asılı olacaq. Təbii ki, Sabir Rüstəmxanlı namizəd olacaqsa, mən namizədliyimi irəli sürməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR