Sarkisyan ABŞ nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Sarkisyan ABŞ nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 15 yanvar 2016 09:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan prezidenti Serj Sarkisyan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

APA-nın "armenianreport.com"a istinadən verdiyi xəbərə görə, görüş zamanı təhlükəsizlik məsələləri, Ermənistan-NATO münasibətləri, Ermənistanın sülhməramlı əməliyyatlarda iştirakı, aktual beynəlxalq problemlər müzakirə mövzusu olub.

Qeyd edək ki, ABŞ rəsmisi Ermənistandan əvvəl Azərbaycanda səfərdə olub və bır sıra görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR