Sloveniyaya bir gündə 3 minədək qaçqın gəlib

Sloveniyaya bir gündə 3 minədək qaçqın gəlib
# 18 oktyabr 2015 03:22 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 17-də Xorvatiya-Sloveniya sərhədini 2700-dən çox qaçqın keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sloveniyanın STA agentliyi məlumat yayıb.

Qeyd edək ki, Macarıstan Xorvatiyadan qaçqın axınının qarşısını almaq məqsədilə oktyabrın 16-dan 17-də keçən gecə bu ölkə ilə sərhədi bağladıqdan sonra miqrantlar məhz Sloveniyaya üz tutub.

“Sloveniya Dəmir Yolları” bundan əvvəl Xorvatiya ilə dəmiryolu əlaqəsini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR