ABŞ-da polis 13 yaşlı oğlanı güllələyib

ABŞ-da polis 13 yaşlı oğlanı güllələyib
# 15 sentyabr 2016 16:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında polis 13 yaşlı oğlanı güllələyib.

APA-nın xəbərinə görə, bu barədə “İndependent” məlumat yayıb. Tayri Kinq adlı yeniyetmənin əlində pnevmatik tapança var imiş. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Asayiş keşikçiləri yoldan keçən bir nəfərə silahlı hücum barədə daxil olan məlumat əsasında hadisə yerinə gediblər. Həmin şəxs bir qrup gəncin ondan pul tələb etdiyini və onlardan birinin tapança ilə onu hədələdiyini söyləyib. Polislər hadisə yerində 3 nəfər gənc görüblər və onları dindirmək istəyiblər. İki gənc qaçıb və polislər onları təqib etməyə başlayıb. Qaçanlardan biri üzərindəki tapançanı çıxararkən polis tərəfindən açılan atəşlə öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR