Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qobustanda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 23 dekabr 2015 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qobustan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF dekabrın 17-də Qobustan rayonunun Çuxanlı kəndində işgüzar forum keçirib.

Sahibkarlardan cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının və pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR