Ombudsmanın nümayəndələri polis idarəsində və bölmələrində monitorinq keçiriblər

Ombudsmanın nümayəndələri polis idarəsində və bölmələrində monitorinq keçiriblər
# 24 dekabr 2015 12:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1-ci və 4-cü polis bölmələrinə başçəkmələr həyata keçiriblər.


Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, müvafiq sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Başçəkmə zamanı Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerinin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma, sovqat və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər, saxlanılma şəraitinin təmin olunması vəziyyəti yoxlanılıb, mövcud çətinliklər yerində araşdırılıb.


Saxlanma yerinin müasir standartlara uyğun qurulduğu və saxlama şəraitinin təkmilləşdirildiyi müşahidə olunub.

Saxlanılan şəxslər qrup üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.


Adı çəkilən saxlanma yerinin rəhbərliyinə müvafiq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR