Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib
# 04 avqust 2016 22:31 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən ağır yol qəzası avqustun 4-ü axşam saatlarında rayonun Ləkit kəndi ərazisində qeydə alınıb. Rayonunun Zərnə kənd sakini, 81 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı, 10 EL 964 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı beton elektrik dirəyinə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Mahmud Mahmudov hadisə yerində ölüb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR