Abşeron rayonunda quşçuluq fabrikində yanğın olub

Abşeron rayonunda quşçuluq fabrikində yanğın olub
# 29 yanvar 2016 14:29 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda “Səba” quşçuluq fabrikinin ərazisində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, fabrikin ərazisində ümumi sahəsi 2900 kv.m olan sexin yanar konstruksiyaları 2100 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR