Baklıda tibb sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib - FOTO

Baklıda tibb sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 17 sentyabr 2015 09:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, mətbuat konfransını giriş sözü ilə İTE Groupun icraçı direktoru Edvard Stroun açıb.

O, bildirib ki, 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində 19 ölkədən 189 iştirak edir: “Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edəcək. Daha bir milli stend isə Rusiyanın 27 şirkətini bir araya gətirəcək. İlk dəfə olaraq Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edəcəklər”.

Sərgilərin meneceri Elmira Ağayevanın sözlərinə görə, builki sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir: “Ümumilikdə, sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12 faiz çoxdur”.

E. Ağayeva qeyd edib ki, sərgi “Tibbi turizm” sektorunu fəal şəkildə inkişaf etdirir: “Bu il sözügedən sektor çərçivəsində xaricdə müalicənin təşkili ilə məşğul olan 30-dan artıq klinika və şirkət öz xidmət və imkanlarını nümayiş etdirəcək”.

Qeyd edək ki, sərginin açılış mərasimi sentyabrın 18-i saat 11.00-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Açılış mərasimində Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri, təşkilatçıların və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR