"Toyota Bakı Mərkəzi"nin rəhbəri dəyişib

"Toyota Bakı Mərkəzi"nin rəhbəri dəyişib
# 06 aprel 2016 12:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Toyota Bakı Mərkəzi”nin rəhbəri Mustafa Abbasbəyli işdən çıxıb.


M. Abbasbəyli “APA-Economics”ə bildirib ki, onun yerinə “Lexus Bakı Mərkəzi”nin baş direktoru Pərviz Qafarlı təyin edilib. O, aprel ayının 1-dən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, M. Abbasbəyli yeni iş yerini açıqlamayıb.


Xatırladaq ki, Mustafa Abbasbəyli 2014-cü ilin may ayında "Toyota Bakı Mərkəzi"nin baş direktoru təyin edilib. Buna qədər isə “Standard Insurance” sığorta şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR