İstanbulda 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçilib

İstanbulda 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçilib
# 30 iyul 2016 02:20 (UTC +04:00)

Bakı-APA. İstanbul məhkəməsi prokurorluğun iddiasına baxaraq Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 4-ü sərbəst buraxılıb.

Həbs olunanlar arasında bir neçə gün əvvəl saxlanılan məşhur jurnalist Nazlı Ilıcakın da adı var.

Qeyd edək ki, "Fətullahçı Terror Təşkilatı"nın hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində aralarında Nazlı İlıcakın da olduğu 42 jurnalistin saxlanılması barədə qərar verilmişdi. Bu günlərdə həmçinin Türkiyədə 3 informasiya agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet və 15 jurnal bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR