“Tottenhem” – “Qarabağ” oyununa 32 min bilet satılıb

“Tottenhem” – “Qarabağ” oyununa 32 min bilet satılıb
# 16 sentyabr 2015 20:23 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Tottenhem” - “Qarabağ” görüşünə yerli azarkeşlərin marağı böyükdür.

Apasport.az saytının məlumatına görə, artıq qarşılaşma üçün 32 min bilet satılıb. Qeyd edək ki, London klubu ev oyunlarını 38 min azarkeş tutumuna malik “Uayt Hart Leyn” stadionunda keçirir.

Matçın başlama saatına qədər satışların daha da artacağı və stadionun tam dolacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR