Bakı - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 31-də saat 10.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunacaq.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Açıq qapı” günündə ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olmaq, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Həmin gün hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Azərbaycan Silahlı Qüvvələrində “Açıq qapı” günü keçiriləcək
04 dekabr 2015 16:06 (UTC +04:00)
Hərbi
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
18:51
1 may 2024
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:15
1 may 2024
Azad edilən ərazilərdə ötən ay 332 mina, 2502 PHS aşkarlanıb
14:45
1 may 2024
Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən təlimdə iştirak ediblər
18:35
30 aprel 2024