Naxçıvan Dövlət Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi aparılıb

Naxçıvan Dövlət Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi aparılıb
# 30 noyabr 2015 14:58 (UTC +04:00)

Bakı-APA. Naxçıvan Dövlət Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi aparılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, monitorinqin aparması üçün mərkəzin əməkdaşı Vidadi Rzayev ezam olunub.

Naxçıvan Dövlət Universitetində Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib.

Giriş sözü ilə çıxış edən Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Qərib Allahverdiyev çıxışında mədəni, etnik, dini və digər müxtəlifliklərin tənzimlənməsində düzgün siyasət modellərindən birinin də multikulturalizm olduğunu nəzərə çatdırıb.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və dünyada yeganə Multikulturalizm Mərkəzi olduğunu bildirib. Natiq əməkdaşı olduğu mərkəz haqqında geniş məlumat verib, eyni zamanda universitetdə olmağının məqsədlərini də açıqlayıb. Vurğulanıb ki, ildə iki dəfə keçirilən monitorinq sözügedən fənləri daha da təkmilləşdirmək, mövcud nöqsanları aradan qaldırmaq məqsədilə aparılır.

Diskussiya şəklində keçirilən açıq dərsdə tələbələri və müəllimləri maraqlandıran suallara aydınlıq gətirilib və bir sıra təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR