DQMK vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

DQMK vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib
# 22 aprel 2016 10:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edib.

DQMK-dan APA-ya verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 22 aprel tarixdən 10 may tarixdə saat 18.00-dək DQMK-ya təqdim etməlidirlər. Müraciət forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər. Ümumi müsahibədə iştirak edən dövlət orqanlarının sayı 1, vakansiyaların ümumi sayı isə 2-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR