Nailə Vəlixanlının Naxçıvanın tarixinə dair yeni kitabı çap olunub

Nailə Vəlixanlının Naxçıvanın tarixinə dair yeni kitabı çap olunub
# 06 yanvar 2016 13:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının Naxçıvanın tarixinə həsr olunmuş yeni kitabı çap olunub. Muzeydən APA-ya verilən xəbərə görə, “Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda”adlı kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın 6 əsrdən çox müddətdə tarixi araşdırlır: ““Naxçıvan Ərəb Xilafəti dövründə”, “Azərbaycanın feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu”, “Naxçıvan Azərbaycan Atabəyləri dövründə”, adlı fəsillərdə Naxçıvan ictimai-siyasi, sosial-iqtisadi tarixi öyrənilir, burada baş vermiş hərbi-siyasi hadisələr tarixi mənbələr əsasında tədqiq olunur. Kitabın vacib məqamlarından biri Naxçıvan müvafiq dövr tarixinin Sovet dövrü və müstəqillik illərində tədqiq olunmasının tarixşünaslığının araşdırılmasıdır”.

Bildirilib ki, “Azərbaycan Atabəyləri dövlətinin süqutundan sonra xanədanın qadınlarının Naxçıvanın ictimai-siyasi həyatında yeri” adlı fəsildə ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvanda fəaliyyət göstərmiş, Azərbaycanın siyasi-ictimai və mədəni həyatında vacib rol oynamış qadınları haqqında müfəssəl məlumatların verilməsidir.

Naxçıvanın “Əcəmi” Nəşriyyat-poliqrafiya birliyi tərəfindən nəfis tərtibatla çap olunmuş əsərdə xəritələr, fotoşəkillər, rəsmlər də oxuculara təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR