Prezident CAR nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident CAR nümayəndə heyətini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2016 10:02 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, M. Nkoana-Maşabane ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək, bunun üçün böyük potensialın mövcudluğunu qeyd edib.

O, Azərbaycanda ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağını deyib. Xanım M. Nkoana-Maşabane bildirib ki, Cənubi Afrika Respublikasında insanlar Azərbaycan haqqında çox müsbət fikirdədir. Qonaq, həmçinin bir sıra həmvətənlərinin ölkəmizdə yüksək texnologiyalar sahələrində təhsil almalarını məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev isə Azərbaycanın Cənubi Afrika Respublikası ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Dövlət başçısı Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 10.35

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Azərbaycanda səfərdə olan nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri, xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR