Azərbaycan Gürcüstandan mal-qara idxalını 5 dəfəyə yaxın artırıb

Azərbaycan Gürcüstandan mal-qara idxalını 5 dəfəyə yaxın artırıb
# 19 mart 2018 09:46 (UTC +04:00)

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 2 mln. 324,1 min dollar dəyərində 1 107,9 ton diri iribuynuzlu mal-qara idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 4,9 dəfə artıb.

İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin eyni göstəricisi ilə müqayisədə 2 mln. 30,3 min dollar və ya 6,91% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR