"Rabitəbank" kredit faizlərini endirib

"Rabitəbank" kredit faizlərini endirib
# 29 yanvar 2020 12:45 (UTC +04:00)

"Rabitəbank" ASC nağd pul kreditlərinə kütləvi endirim edərək, kredit faizlərini 16%-dək endirib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, artıq müştərilər illik 16%-dən başlayaraq, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla, kredit ala biləcək.

Bundan əlavə, müştərilər artıq yalnızca həftəiçi deyil, həm də şənbə günü iş saatlarından sonra da kredit əldə edə biləcəklər. Belə ki, Nəsimi filialı Bülbül pr., 30 və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində, tam yeni və rahat korporativ üslubu ilə müştərilərinə 24 saat xidmət göstərir. Kredit imkanından yalnızca filiala yaxınlaşaraq deyil, https://rbt.az/nagdpul daxil olaraq və yaxud "Telegram" və "Facebook" üzərindən "RabitabankBot" vasitəsi ilə müraciət edib, faydalana bilərlər.

Qeyd edək ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, internet bankçılıq və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR