Səhiyyə Nazirliyi: Rezidentlər əmək müqaviləsi bağlamaq üçün klinik bazalara müraciət etməlidir

Səhiyyə Nazirliyi: Rezidentlər əmək müqaviləsi bağlamaq üçün klinik bazalara müraciət etməlidir
# 27 sentyabr 2017 11:48 (UTC +04:00)

Səhiyyə Nazirliyi bu il rezidenturaya qəbul olanlara müraciət edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 30-dək sənədləri təqdim etməlidir. Onlar əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.


Klinik bazalarda rezidentura hazırlığı oktyabrın 2-dən başlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR