"Coca-Cola" Azərbaycanda satışlarını 26% artırıb

"Coca-Cola" Azərbaycanda satışlarını 26% artırıb
# 02 noyabr 2017 06:42 (UTC +04:00)

2017-ci ilin yanvar-sentyabr ayları ərzində "Azerbaijan Coca-Cola Bottlers Limited LLC" satışların həcmini 26% artırıb.


"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin konsolidə olunmuş hesabatında deyilir.


"Uğurlu ticarət planlaşdırılması və makroiqtisadi durumun yaxşılaşması nəticəsində şirkət artım nümayiş etdirə bilib", - deyə məlumatda vurğulanıb.


Şirkət Azərbaycandakı törəməsi "Coca-Cola İçecek A.Ş." tərəfindən idarə olunur.


"Azerbaijan Coca-Cola Bottlers Limited LLC"-nin səhmlərinin 83,57%-i "Coca-Cola İçecek A.Ş."-yə, 16,31%-i "CCI International Holland B.V."-yə ("Coca-Cola İçecek A.Ş."-nin törəməsi) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR