Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki liderlərindən biri Kari Nemətulla məhv edilib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan güc strukturlarındakı mənbə bildirib.
Məlumata görə, terrorçu ölkənin şimal-qərbində yerləşən Cuzcan əyalətində, hava zərbəsi nəticəsində öldürülüb.
Qeyd edək ki, bir il əvvəl Əfqanıstanda İŞİD terror qruplaşmasının bu ölkədəki lideri Abdul Xasib məhv edilib.