Qaxda narkotik əkən keçmiş məhkum saxlanılıb

Qaxda narkotik əkən keçmiş məhkum saxlanılıb
# 30 iyul 2018 08:11 (UTC +04:00)

Qaxda narkotik bitkilər becərən keçmiş məhkum saxlanılıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Almalı kənd sakini, əvvəllər oğruluğa görə məhkum olunmuş Bəşarət Hacı oğlu Daşdəmirovun meşə zolağında narkotik tərkibli bitki əkib-becərdiyi müəyyənləşib. Tədbir zamanı ərazidən hal şahidlərinin iştirakı ilə kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada yetişdirilən ümumi çəkisi 39 kiloqramadək 145 ədəd çətənə kolu aşkarlanaraq, istintaqa təhvil verilib.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR