Tehranda Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı başlayıb

Tehranda Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı başlayıb
# 28 oktyabr 2017 09:15 (UTC +04:00)

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində XXIII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalının rəsmi açılış mərasimi keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, açılış mərasimində İran prezidentinin birinci müavini İshaq Cahangiri, İslami irşad və mədəniyyət naziri Abbas Salehi və digər məsul şəxslər iştirak edib.

Tədbirdə Azərbaycandan “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı xüsusi qonaq qismində iştirak edir. Onun çıxışı nəzərdə tutulub.

Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalı 1000 kvadratmetr ərazidə təşkil olunub. Tədbirə ümumilikdə 600-dən çox KİV nümayəndəsi qatılıb.

Sərgi-festival noyabrın 3-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR