Çin təmsilçisi: "Azərbaycan "Bir kəmər, bir yol" layihəsində vacib rola malikdir"

Çin təmsilçisi: "Azərbaycan "Bir kəmər, bir yol" layihəsində vacib rola malikdir"
# 16 mart 2018 13:45 (UTC +04:00)

"Azərbaycan və Çin arasında əla münasibətlər var".

APA-nın xəbərinə görə, bunu Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan deyib. O bildirib ki, qarşılıqlı mənfəətlərə əsaslanaraq Çin və Azərbaycan əl-ələ əməkdaşlığı inkişaf etdirir: "Çin həm də regionda əməkdaşlıq üçün çalışır. Biz həm Azərbaycan, həm də Çin üçün parlaq gələcəyə ümid edirik".

L. Ciençuan qeyd edib ki, Azərbaycan regiondakı unikal mövqeyinə görə Çinin "Bir kəmər, bir yol" layihəsində vacib rola malikdir: "Ümid edirik ki, bunun çərçivəsində qarşılıqlı mənfəət uğrunda çoxlu layihələr gerçəkləşdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR