Bank Of Baku

Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı tədbir keçirilib - FOTO

Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri

© APA | Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri

# 06 yanvar 2022 16:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbir iştirakçılarına inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından söz açılıb.

Toplantıda ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR