“Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır. İndiyə qədər iki ölkə arasında 46 sənəd imzalanıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, iqtisadi, investisya sahəsində əməkdaşlıq inkişaf edir:
“Macarıstan şirkətləri Azərbaycanda aktiv investorlardır. Əməkdaşlığın müxtəlif aspektləri, nəqliyyat, kənd təssərüfatı sahəsində uğurlu əməkdaşlıq var. 44 günlük müharibə dövründə obyektiv və dost yanaşmasına görə Macarıstana təşəkkür edirik. Nazir Macarıstan şirkətlərinin azad olunmuş ərazilərdə yendidənqurma işlərində iştirakı üçün imkanları olduğunu deyib. Regionda əməkdaşlıq üçün imkanlar var və macar təşkilatlarını dəvət edirik. Əməkdaşlığımız region üçün səmərəlidir”.
Nazir deyib ki, minalatdan təmizləmə sahəsində Azərbaycan aktiv işləyir, bir çox ərazilər tamamilə təmizlənib minalardan, smart şəhərlər, hava limanları tikilir:
“Məcburi köçkünlər öz ərazilərinə tezliklə qayıdacaq. Əlaqlərimiz yalnız iqtisadiyyala yekunlaşmır, sosial, təhsil tibb sahəsində uğurlu əməkdaşlığımız var. Biz əməkdaşlıq üçün həm hökumət, həm də biznes səviyyəsində uğurlu addımlar atırıq”.