Bank Of Baku

UniDestin Təhsil Mərkəzindən ödənişsiz onlayn sınaq imtahanları

UniDestin Təhsil Mərkəzindən ödənişsiz onlayn sınaq imtahanları
# 17 noyabr 2026 10:16 (UTC +04:00)

UniDestin Təhsil Mərkəzi xarici dil biliklərini qiymətləndirmək və beynəlxalq imtahanlara hazırlaşmaq istəyənlər üçün onlayn ödənişsiz və ödənişli sınaq imtahanları imkanı təqdim edir.

UniDestin rəqəmsal təhsil platformasında istifadəçilər ingilis, alman və Çin dilləri üzrə bilik səviyyələrini yoxlaya, həmçinin IELTS və HSK imtahanlarına hazırlıq məqsədilə müxtəlif sınaq testlərində iştirak edə bilərlər.

Platformada ödənişsiz və ödənişli imtahanlar mövcuddur. İstifadəçilər şəxsi hesab yaradaraq istədikləri imtahanı seçə və məkan məhdudiyyəti olmadan onlayn şəkildə biliklərini yoxlaya bilərlər.

Sistemin əsas üstünlüklərindən biri imtahan nəticələrinin dərhal təqdim edilməsidir. İmtahanı tamamlayan iştirakçılar nəticələri ilə yanaşı, düzgün və yanlış cavablarını görə, sualların izahları ilə tanış ola və biliklərindəki boşluqları müəyyən edə bilərlər.

UniDestin Təhsil Mərkəzinin məqsədi müasir rəqəmsal təhsil imkanlarından istifadə etməklə öyrənmə prosesini daha əlçatan, çevik və effektiv etməkdir. Platforma Azərbaycanda və xaricdə yaşayan istifadəçilərin istənilən məkandan təhsil resurslarına çıxışını təmin etməyə yönəlib.

Onlayn sınaq imtahanlarında iştirak etmək istəyənlər unidestin.com saytına daxil olaraq qeydiyyatdan keçə və özlərinə uyğun imtahanı seçə bilərlər.

Veb-sayt: https://unidestin.com/

https://unidestin.com/mock-exams

Əlaqə:
+994 (55) 848 03 09
+994 (50) 836 44 99
[email protected]
Ünvan: AF Business House, 4-cü mərtəbə, Nizami küç. 203

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR