ABŞ-da avtobusla yük maşını toqquşub, 26 nəfər xəsarət alıb

ABŞ-da avtobusla yük maşını toqquşub, 26 nəfər xəsarət alıb
# 20 avqust 2017 19:44 (UTC +04:00)

ABŞ-ın Pensilvaniya ştatında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Northempton dairəsində qeydə alınıb.

Məlumata əsasən, sərnişin avtobusu ilə yük maşını toqquşub. Zərbənin gücündən avtobus aşıb. Nəticədə 26 nəfər xəsarət alıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR