Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker Polşanın Azərbaycan üçün dost ölkə olduğunu bildirərək, iki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.
S. Qafarova ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb. Milli Məclisin sədri ötən ay Polşa Senatının sədri Tomas Qrodzki ilə Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşü xatırlayaraq, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparıldığını bildirib. Qanunverici orqanlar arasında münasibətlərin mövcud səviyyəsindən danışan Milli Məclisin sədri dostluq qruplarının uğurlu fəaliyyətinin, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib.
Görüşdə 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açan Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin edilməsində maraqlı olduğunu bildirən Milli Məclisin sədri Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu nəzərə çatdırıb, işğalçı ölkə tərəfindən törədilən təxribatlar haqqında məlumat verib.
Rafal Poborski isə ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr möhkəm əsaslara malikdir. Siyasi sahədə mövcud olan müsbət dialoqun iqtisadi, humanitar sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını söyləyən Rafal Poborski ölkəmizdə diplomatik fəaliyyəti dövründə dost ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermək üçün çalışacağını bildirib.
Səfir qanunverici orqanlar arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu əlaqələrin uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Polşa səfiri ilə görüşüb
Xarici siyasət
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib: Aramızda yaxşı əməkdaşlıq mövcuddur
Sahibə Qafarova Efiopiya Palatasının sədri ilə görüşüb
Yalçin Rəfiyev: COP29-da qəbul edilmiş Bakı İqlim Maliyyəsi Hədəfinə çatmaqla bağlı hələlik optimist mənzərə yoxdur
Xəbər Lenti
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
Xocavəndin Quzeyxırman kəndinə köçən sakin: Buranın havası, təbiəti insana zövq verir
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
Ağdaş Uşaq Musiqi Məktəbinə Xalq artisti Habil Əliyevin adı verilib
"Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri” təsdiqlənib
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Zelenski Kiyevlə Varşava arasında münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya səfər edib
Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib: Aramızda yaxşı əməkdaşlıq mövcuddur
Rusiyada jurnalist dövlətə xəyanətdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib
Tramp: İranın son hücumları cavabsız qalmayacaq
Ukraynanın Luqansk vilayətinə PUA hücumu nəticəsində rahib ölüb
Fransa “RT France”ın keçmiş rəhbərini ölkədən çıxarmaq qərarı verib
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
Paşinyan: Müdafiə və Daxili İşlər nazirləri dəyişməyəcək
Venesuela XİN İran səfirinə etiraz notası təqdim edib
Ermənistan Baş Prokurorluğu Robert Köçəryanın 22 daşınmaz əmlakının müsadirəsini tələb edir
Rusiyada 16 il öncə 73 yaşlı qadını qətlə yetirən şəxsə hökm oxunub
Paşinyan: Ermənistanla bağlı problemlər həll olunmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul edib
ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib
"Haaretz": Netanyahu Zelenski ilə Vaşinqtonda görüşməkdən imtina edib
KİV: Hörmüz boğazı tam bağlanıb
2026-cı ilin ilk yarısında “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
“ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatıb
Yasamalda mənzil almağı asanlaşdıran hansı maliyyə həlləri var?
Ermənistan prokurorluğu Qaqik Tsarukyandan 290 milyon dollarlıq əmlakın müsadirəsini tələb edir
Bu ilin ilk 6 ayında heyvan dişləməsinin sayı açıqlanıb, Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
Gürcüstanın mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub
Ceyranbatan–Maştağa magistral su xəttində qəzalı hissə yenilənib
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək
Xankəndi Dram Teatrının binasında bərpa-konservasiya işləri aparılır, Kiçik Mərdəkan qəsrinin bərpası bitib - YENİLƏNİB
Zaqatalada kütləvi zəhərlənmənin səbəbi bilinib, prokurorluq araşdırma aparır - YENİLƏNİB-1
“Azərpoçt”da Çin nümayəndə heyəti ilə görüş keçirilib
CENTCOM xəbərdarlıq edir: Telefonla çəkilən görüntülər ABŞ bazalarını təhlükəyə atır
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində qərar verilib
Bu ilin birinci yarısında abidələrə qanunsuz müdaxilələrə görə hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb
Sahibə Qafarova Efiopiya Palatasının sədri ilə görüşüb
Yalçin Rəfiyev: COP29-da qəbul edilmiş Bakı İqlim Maliyyəsi Hədəfinə çatmaqla bağlı hələlik optimist mənzərə yoxdur
Zelenski ABŞ-dan "Patriot" sistemləri üçün təcili raket tədarükü istəyib
Antalyada meşə yanğınları 2 gündür davam edir - YENİLƏNİB
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
XİN Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda təmsilçiliyinin artırılması üçün yeni layihə üzərində işləyir
Mürsəl İbrahimov Goranboyda vətəndaşları qəbul edib