Enerji sahəsində İran-Ermənistan əməkdaşlığı genişlənir

Enerji sahəsində İran-Ermənistan əməkdaşlığı genişlənir
# 05 dekabr 2016 14:27 (UTC +04:00)

İran və Ermənistan arasında elektrik enerjisi mübadiləsinin həcmi 4 dəfə artırılır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün səhər İran-Ermənistan müştərək komissiyasının 14-cü iclası keçirilib.

İclasda İranın enerji naziri Həmid Çitçiyan və Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatlar naziri Aşot Manukyan iştirak edib. H. Çitçiyan bildirib ki, İran və Ermənistan arasında siyasi və iqtisadi əlaqələr həmişə yaxşı səviyyədə olub: “Müxtəlif layihələrin icrası, o cümlədən üçüncü enerji ötürücüsü xətti layihəsi, şimal-cənub elektrik enerjisi dəhlizi, qaz və neft-kimya sahəsində müxtəlif razılaşmalar iki qonşu ölkə arasında dostluq və isti münasibətlərin göstəricisidir”.

H. Çitçiyan Ermənistan prezidentinin yaxın gələcəkdə İrana gözlənilən səfərinə toxunaraq bildirib ki, iki ölkə arasında iqtisadi və ticari sahələrdə yeni əməkdaşlıq fəaliyyətləri üçün əlverişli şərait yaranıb: “Bu əməkdaşlıq yol, dəmir yolu və hava nəqliyyatı, kənd təsərrüfatı, maldarlıq, turizm, su, elektrik və mədən sahələrində ola bilər. Əgər Ermənistan hökuməti İranın özəl sektorunun Avrasiya bazarlarında ciddi iştirakı üçün lazımi şərait yaradarsa, bu sahədəki əməkdaşlıqlar daha da təsirli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR