Lənkəranda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 17 sentyabr 2017 22:41 (UTC +04:00)

Lənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, xəsarət alanlar Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Rüfət Mirzəhəsən oğlu Rəsulov və onun yaxın qohumudur.

R.Rəsulovun vəziyyətinin ağır olduğundan Lənkəran rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəsarəti yüngül olan digər şəxs ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

00:16

Lənkəranda iki avtomobil toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.

İki avtomaşının toqquşması nəticəsində 2 nəfər Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki yaralıya ilkin tibbi yardım göstəriliB. Onların kimliyi dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR