Tanınmış meyxanaçı Bayram Kürdəxanılı avtomobil vurması nəticəsində ölüb

Tanınmış meyxanaçı Bayram Kürdəxanılı avtomobil vurması nəticəsində ölüb
# 23 avqust 2017 01:47 (UTC +04:00)

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Ramin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü R.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR