Yəməndə törədilən partlayış nəticəsində 11 dinc sakin ölüb

Yəməndə törədilən partlayış nəticəsində 11 dinc sakin ölüb
# 14 avqust 2017 18:32 (UTC +04:00)

Yəməndə cənubunda törədilən partlayış nəticəsində 11 dinc sakin ölüb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kataba şəhərində qeydə alınıb.

Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR