Çin lideri Azərbaycan prezidentinə başsağlığı verib

Çin lideri Azərbaycan prezidentinə başsağlığı verib
# 06 mart 2018 12:33 (UTC +04:00)

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən sarsıtdı. Çin hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı Sizdən xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR