Bakıda qəzaya düşən ailənin daha bir üzvü xəstəxanada dünyasını dəyişib

Bakıda qəzaya düşən ailənin daha bir üzvü xəstəxanada dünyasını dəyişib
# 13 noyabr 2017 16:04 (UTC +04:00)

Bakıda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın məlumatına görə, noyabrın 6-da paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

Yaralılardan daha biri - Fətullayevlər ailəsinin üzvü Rahilə Babaxan qızı Fətullayeva noyabrın 13-də xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR