Azərbaycandan Gürcüstana gedən Çin vətəndaşının yoluxduğu virusu müəyyənləşdirmək mümkün olmayıb

Azərbaycandan Gürcüstana gedən Çin vətəndaşının yoluxduğu virusu müəyyənləşdirmək mümkün olmayıb
# 31 yanvar 2020 16:43 (UTC +04:00)

Gürcüstanda koronavirus şübhəsi ilə nəzarətə götürülən 2 nəfərin hansı qrip virusuna yoluxmasını müəyyənləşdirmək mümkün olmayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tengiz Tsertsvadze bildirib. Onun sözlərinə görə, qripin geniş yayıldığı Çinin Uhan vilayətindən qayıdan Gürcüstan vətəndaşı olan qadın və 24 yaşlı Çin vətəndaşında qripə səbəb ola biləcək 20 maddə axtarılıb, lakin onlardan heç biri aşkarlanmayıb. Bu səbəbdən xəstələrdə qripin koronavirus yoluxması olub-olmamasını təyin etmək üçün qan nümunələri Almaniyaya göndəriləcək.

T. Tserstvadze qeyd edib ki, xəstələrdən heç birində koronavirusa yoluxmanın əlaməti olan ağ ciyər iltihabı yoxdur, bununla belə virusun iltihabsız yoluxması da mümkündür.

Qeyd edək ki, 24 yaşlı Çin vətəndaşı ötən gün Gürcüstana Azərbaycan vasitəsi ilə səyahət edib. Gürcüstanlı qadın isə ötən gün azyaşlı uşağı ilə birlikdə Dubaydan Gürcüstana qayıdıb. Onun daha əvvəl 2 həftə müddətinə Uhanda olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR