Bakıda qətl törədən şəxsə 15 il 6 aylıq həbs cəzası verilib

Bakıda qətl törədən şəxsə 15 il 6 aylıq həbs cəzası verilib
# 02 dekabr 2016 09:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yan Tahiroviç Raznobarskinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y. Raznobarski 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Bakıda ev aldığı Murad Səyidovu aralarında yaranan münaqişə zəmİnində güllə ilə qətlə yetirib. Hadisənin borc üstündə baş verdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR