Pakistan səfiri: "Kəşmirdə dövlət terrorizmi baş verir"

Pakistan səfiri: "Kəşmirdə dövlət terrorizmi baş verir"
# 27 oktyabr 2017 10:11 (UTC +04:00)

"Yetmiş il əvvəl Hindistan ordusu Kəşmirin işğalına başlayıb. Kəşmirlə bağlı qəbul edilmiş BMT qətnamələrinə baxmayaraq, bu gün də işğal davam etdirilir".

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand 27 oktyabr - Kəşmirin işğal günü ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 1947-ci ildə baş vermiş bu hadisə ilə əlaqədar hər il Pakistanda 27 oktyabr "qara gün" kimi qeyd edilir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat Azərbaycanın Pakistanla eyni faciəni yaşadığını söyləyib: "Buna görə, Azərbaycan Pakistanı daha yaxşı başa düşür. Eyni insan faciəsinin şahidi olmuşuq".

S. Xan Mohmand vurğulayıb ki, Kəşmirdə törədilən hadisələr insan hüquqlarının pozulmasıdır: "Kəşmirdə hazırda böyük dövlət terrorizmi baş verir. Ötən ilin iyun ayından bu ilin sentyabr ayına qədər 460 nəfər öldürülüb, 20 mindən çox insan yaralanıb".

Səfirin sözlərinə görə, Hindistan BMT qətnamələrinə hörmətlə yanaşmalı və bu məsələnin həllinə çalışmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR