Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri bir rübdə 33% artıb

Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri bir rübdə 33% artıb
# 17 may 2018 12:53 (UTC +04:00)

Bu ilin birinci rübü üçün Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyəti üzrə əməliyyat və əsaslı xərclərin həcmləri açıqlanıb.

APA-Economics” Cənubi Qafqaz Boru Kəmərinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkəti fəaliyyətinin bu ilin birinci rübü üzrə hazırladığı hesabata əsasən bildirir ki, 2018-ci ilin 1-ci rübündə Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 8 mln. dollar əməliyyat xərcləri və 165 mln. dollar əsaslı xərclər sərf edilib.

Daha əvvəlki rüb ilə müqayisədə boru kəmərinin əməliyyat xərcləri 21 mln. dollar və ya 3,6 dəfə azalıb. 2017-ci ilin birinci rübü, yəni daha əvvəlki illə müqayisədə isə boru kəmərinin əməliyyat xərcləri 2 mln. dollar və ya 33,3% artıb.

2017-ci ilin birinci rübü ilə müqayisədə isə boru kəmərinin əsaslı xərcləri 619 mln. dollar və ya 4,75 dəfə azalıb. Bir il əvvəlki göstəricilərlə müqayisədə bu il əsaslı xərclər 26 mln. dollar və ya 13,61% azalıb.

Xatırladaq ki, bundan əvvəlki rübdə, 2017-ci ildə Cənub Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 29 mln. dollar əməliyyat xərcləri və 784 mln. dollar əsaslı xərclər sərf edilib. Bir il bundan əvvəl, 2017-ci ilin birinci rübündə isə boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 6 mln. dollar əməliyyat xərcləri və 191 mln. dollar əsaslı xərclər sərf edilib.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR