Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib
# 22 noyabr 2016 02:22 (UTC +04:00)

Yeni Zelandiyada sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kaslpoynt şəhərindən 75 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, noyabrın 13-də Yeni Zelandiyada baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb, ciddi dağıntılar qeydə alınıb, ölkəyə təxminən 1,5 milyard dollar məbləğində ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR