Vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan müəssisə rəhbərlərinin sayı 1021-ə yüksəlib

Vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan müəssisə rəhbərlərinin sayı 1021-ə yüksəlib
# 30 noyabr 2016 08:14 (UTC +04:00)

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 29 noyabr tarixinə vergi borcu olduğuna görə 1021 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Qeyd edək ki, 22 noyabr tarixinə vergi borcu olduğuna görə 998 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR