Bakıda anbar, Cəlilabadda isə kran yanıb

Bakıda anbar, Cəlilabadda isə kran yanıb
# 25 fevral 2017 21:36 (UTC +04:00)

Bakı və Cəlilabadda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 500 m2 olan anbarın içərisində 12 ədəd dəzgahın yanar hissələri və dəmir qutulara yığılmış kağız məmulatları yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 40 km aralı) “Mercedes” markalı kranın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı texnikalar yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR