“Nikoil”in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

“Nikoil”in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
# 28 noyabr 2016 07:13 (UTC +04:00)

Gələn il yanvarın 16-da Rusiyanın paytaxtı Moskva şəhərində “Nikoil” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Müşahidə Şurasının, Audit Komitəsinin tərkibinin dəyişdirilməsi və Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi məsələsinə baxılacaq.

Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR